Qida təhlükəsizliyi ilə bağlı xidmətlər ASANlaşdı - FOTOLAR
Memoranduma əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatların verilməsi və dövlət reyestrinin aparılması ilə bağlı təşkilati, hüquqi, maarifləndirici işlərin hazırlanması və həyata keçirilməsi "ASAN Xidmət" mərkəzləri vasitəsilə təmin olunacaq.
Həmçinin "ASAN Xidmət" təcrübəsinin öyrənilməsi, xidmətlərin elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının formalaşdırılması, ASAN könüllülərinin potensialından istifadə olunması, o cümlədən "ABAD" publik hüquqi şəxslə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
Ü. Mehdiyev çıxışında bildirib ki, "ASAN Xidmət" mərkəzləri vasitəsilə qida təhlükəsizliyi ilə bağlı daha 14 xidmət göstəriləcək. "Bu günə qədər" ASAN Xidmət" mərkəzlərində 30 xidmət həyata keçirilirdi. Agentliyin artıq 14 xidməti də bura əlavə olunacaq".
Q. Təhməzli isə qeyd edib ki, bu xidmətlər Bakı, Sumqayıt şəhəri və Azərbaycanın digər regionlarında yerləşən "ASAN Xidmət"mərkəzlərində həyata keçiriləcək.
"Bunlar əsasən qida təhlükəsizliyini əhatə edəcək sahələr, reyestrdən çıxarışın əldə olunması, ixracat sahəsində qida təhlükəsizliyi və sanitar sertifikatların verilməsi ilə bağlı xidmətlərdir. İki qurumun fəaliyyəti ilə digər sahələrdə olduğu kimi burada da uğurlara imza atılacaq".
Aytən Zəhra
Foto: Elvin Abdulla
AzVision.az
Teqlər: ASAN-Xidmət