Azərbaycanın ən yaxşı startapı seçilib
Mükafatın bir hissəsi olaraq, "Onbranch" layihəsi 2019-cu ilin aprelində İsveçrədə keçiriləcək beynəlxalq Seedstars Sammitində iştirak edəcək. Bir həftə davam edəcək təlim proqramı zamanı startapımızın dünyanın inkişaf etməkdə olan 65-dən çox ölkəsinin qaliblərilə, həmçinin investor və mentorlarla görüşmək imkanı olacaq. Sammitin son günündə yerli qaliblər 1000 nəfərlik auditoriya qarşısında layihələrini təqdim edəcəklər və 1 milyon ABŞ dolları həcmində investisiya uğrunda yarışacaqlar.
Tədbirin media dəstəyi technote.az portalı və Barama Media tərəfindən təmin edilib. Mi Mobile distribyutor şirkəti tərəfindən qaliblərə hədiyyələr təqdim olunub.
İnkişaf etməkdə olan və sürətlə böyüyən bazarlara dünya turunu davam etdirən Seedstars World-ün növbəti dayanacağı Qazaxıstanın Astana şəhəridir. Seedstars regional məsələlərin həllini hədəfləyən və onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. Seedstars World inkişaf etməkdə olan bazarlarda keçirilən dünyanın ən böyük startap yarışmasıdır. Tədbirin keçirilməsində Seedstars-ın məqsədi inkişaf edən ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları üzə çıxarmaqdır.
Məlumat üçün bildirək ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri–startapları dəstəkləyərək onların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir və “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.
Teqlər: