`ASAN`ın İlham Əliyevə həsr olunmuş konserti - FOTOLAR, VİDEO

`ASAN`ın İlham Əliyevə həsr olunmuş konserti - FOTOLAR, VİDEO
  12 Oktyabr 2013    Oxunub:1420
Konsertdə “Sən azərbaycanlısan” klipinin təqdimatı oldu.

Dünən türkiyəli müğənni Mustafa Cecelinin H.Əliyev sarayında konserti baş tutub.

AzVision.az xəbər verir ki, `ASAN Xidmət Mərkəzi`nin təşkilatçılığı ilə H.Əliyev sarayında İlham Əliyevin prezident seçkilərində qalibiyyətinə həsr olunmuş `Sən azərbaycanlısan` adlı konsertdə, Türkiyəli sənətçi səhnəyə çıxmazdan öncə xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın çıxışı dinlənilib.

Sözləri Cəlal Qurbanova, musiqisi Gövhər Həsənzadəyə məxsus olan “Sən azərbaycanlısan” mahnısının klipinin təqdimat mərasimi baş tutdu və səhnədə milli rəqs qrupu çıxış etdi.

Daha sonra Mustafa Ceceli səhnəyə çıxdı. Bir çox mahnıları səsləndirən sənətçi həmçinin, konsert müddətində musiqi alətlərində ifa edib.

Azərbaycan xalq mahnısı “Tar kamanım” isə gurultulu alqışlarla qarşılandı.

Konsertdə Mustafa Ceceli azərbaycanlı müğənni Röya Ayxanın oxuduğu, sözləri Cəlal Qurbanov, musiqisi Ramala məxsus "Gizli sevgi" mahnısını da ifa edib.

Elnur Muxtar





Qalereya




Teqlər:  





Xəbər lenti