Azərbaycan BMT-nin Komitəsinə üzv seçilib
Komitədə mövcud olan 12 vakant yerə 16 dövlətin nümayəndəsinin namizədliyi irəli sürülmüşdü (Azərbaycan, Peru, Yaponiya, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Əlcəzair, Monteneqro, Misir, Gürcüstan, Mavriki Respublikası, İspaniya Krallığı, Trinidad və Tobaqo, Bolqarıstan, Toqo, Əfqanıstan və Burkina Faso).
Seçilmək üçün Konvensiyaya üzv dövlətlərin ən azı üçdə ikisinin, yəni 126 dövlətin səsi tələb olunduğu halda Azərbaycan Respublikasının namizədinə 143 dövlət səs verib.
Komitənin üzvləri qadın hüquqları sahəsində ixtisaslaşan və Konvensiyanın tərəf dövlətləri tərəfindən gizli səsvermə yolu ilə 4 illik müddətə seçilən 23 müstəqil ekspertdən ibarətdir.
Azərbaycan Respublikasının namizədini dəstəkləyən bütün üzv dövlətlərə təşəkkürümüzü ifadə edirik. Azərbaycan Respublikasının namizədinin böyük səs çoxluğu ilə sözügedən komitəyə seçilməsi üzv dövlətlər tərəfindən ölkəmizə olan yüksək etimadın göstəricisidir.
Komitəyə Azərbaycanla bərabər nümayəndələri seçilmiş Peru, Yaponiya, Səudiyyə Ərəbistanı Krallığı, Əlcəzair, Misir, Gürcüstan, Mavriki Respublikası, İspaniya Krallığı, Trinidad və Tobaqo, Bolqarıstan və Burkina Fasonu təbrik edirik.
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyanın yerinə yetirilməsi vəziyyətinin monitorinqini həyata keçirir.
AzVision.az
Teqlər: BMT