Qətər Səudiyyəyə ultimatum verdi

Qətər Səudiyyəyə ultimatum verdi
  07 İyun 2018    Oxunub:1392
Rəsmi Doha əgər Rusiyadan "S-400" raketdən müdafiə sistemlərini alarsa, Səudiyyə Ərəbistanının Qətərlə müharibəyə başlayacaği ilə bağlı təhdidlərini tamamilə rədd edir.

AzVision.az xəbər verir ki, bu sözləri Qətərin Moskvadakı səfiri Fəhd əl-Əttiyyə “RİA Novosti”yə müsahibəsində deyib.
Bir neçə gün əvvəl Fransanın "Monde" qəzetində çıxan məqalədə bildirilib ki, Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz ABŞ və Avropa İttifaqına məktub göndərərək xəbərdarlıq edib. Deyib ki, Doha Rusiyadan "S-400" sistemləri alsa, Qətərə hərbi hücum gerçəkləşdirəcək.

“Biz dünya mediasından Ər-Riyadın bu cür bəyanatlarını eşitmişik, amma biz Qətərin suverenlik prinsipini, özünümüdafiə və başqa ölkələrlə qanuni sazişlər bağlamaq hüququnu təsdiqləyirik. Əgər Səudiyyə Ərəbistanı həqiqətən də belə bəyanat veribsə belə, biz onu tamamilə rədd edirik. Biz həmişə Rusiya ilə bütün məsələlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq etmişik və bu sahədə əməkdaşlığı möhkəmləndirməyə cəhd edirik. Heç kəsin bu cür kobudluqla Rusiya və Qətərin daxili işlərinə qarışmaq haqqı yoxdur, bu, bizim suveren hüququmuzdur.” – deyə əl-Əttiyyə vurğulayıb.

O, həmçinin əlavə edib ki, “artıq dünya təhdidlərə əsaslanan cəngəllik qanunları erasında yaşamır”.

Qeyd edək ki, bundan əvvəl Fəhd əl-Əttiyyə Dohanın "S-400" sistemləri almaq üçün Moskva ilə danışıqlar apardığını demişdi. Ötən il isə Rusiya və Qətər hərbi-texniki sahədə əməkdaşlıqla bağlı ikitərəfli saziş imzlayıblar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qətər   ABŞ   Səudiyyə   Rusiya   S-400  





Xəbər lenti