Bakıda 20-dən çox qumbara tapılıb

Bakıda 20-dən çox qumbara tapılıb
  05 İyun 2018    Oxunub:1148
Paytaxtın Nərimanov rayonunda 21 ədəd tüstü qumbarası tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AzVision.az-a verilən məlumata görə, bu gün saat 16:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Nərimanov rayonu, “Baksol yolu” ərazisində 21 ədəd tüstü qumbarasının tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Keşlə Xətt Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Keşlə Xətt Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə "ADY Container" MMC-nin inzibati ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 21 ədəd əl tüstü qumbarası (RDQ2-Ç) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tüstü qumbaraları tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti