İran-Azərbaycan sərhədində atışma

İran-Azərbaycan sərhədində atışma
  11 Oktyabr 2013    Oxunub:1245
Bu gün Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığında yerləşən Azərbaycan sərhəd zastavasının xidməti ərazisində silahlı insident yaşanıb.1 nəfər öldü, 1 nəfər yaralandı
İrandan Azərbaycana gizli yolla daxil olmaq istəyən qaçaqmalçılarla Azərbaycan sərhədçiləri arasında atışma olub. Atışma nəticəsində sərhədi pozan bir nəfər öldürülüb, daha biri isə ələ keçirilib. Sərhəd pozucularından bir nəfəri naryad başçısı tərəfindən açılmış atəşlə hər iki ayaq nahiyəsindən güllə yarası alıb. Yaralı sərhəd pozucusu Yardımlı rayon sakini Abışov Mais Murtuz oğluna sərhəd naryadı üzərində olan fərdi sarğı paketindən istifadə etməklə ilkin tibbi yardım göstərib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Digər sərhəd pozucusu 1992-ci il təvəllüdlü, Bakı şəhər sakini Mirseyfullayeva Günay Azad qızı yaxalanıb. Təqibdən yayınmağa müvəffəq olmuş digər sərhəd pozucusu, 1976-cı il təvəllüdlü Abışov Ramiz Murtuz oğlunun axtarışı üzrə tədbirlər davam etdirilir.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularına məxsus bir ədəd mobil telefon va 2520 qutu "Marlboro" siqareti aşkar edilərək götürülüb. Hadisə barədə Azərbaycanın aidiyyəti qurumları məlumatlandırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti