Komitə sədrindən “Ölü donor” sözünə etiraz

Komitə sədrindən “Ölü donor” sözünə etiraz
  05 İyun 2018    Oxunub:1247
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik layihəsindəki “ölü donor” termininin dəyişdirilməsini təklif edib.
AzVision.az-ın məlumatına görə, komitənin bu gün keçirilən iclasında Ə.Əmiraslanov bildirib ki, bu, uğursuz termindir, başqa bir terminlə əvəz edilməlidir.

Xatırladaq ki, dəyişikliklə qanunun “Əsas anlayışlar” bölməsinə “ölü donor – beyin ölümü, ürək ölümü və ya bioloji ölüm meydana gəlmiş 1 yaşdan yuxarı şəxs” cümləsi əlavə olunur.Bundan başqa, “Canlı donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən fəaliyyət qabiliyyətli 18 yaşdan yuxarı sağlam şəxs” cümləsi də əlavə edilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Əhliman-Əmiraslamov   Donor   Qanun  





Xəbər lenti