Gürcüstandakı həmyerlilərimiz Prezidentə müraciət edəcəklər

Gürcüstandakı həmyerlilərimiz Prezidentə müraciət edəcəklər
  11 Oktyabr 2013    Oxunub:1226
`Gürcüstanda bir papaqlı kişi qoymadılar`.
`Biz Gürcüstanın sərhəd bölgəsində yaşayırıq. Uzun müddətdir ki, erməni hərbiçiləri ilə Gürcüstan azərbaycanlıları arasında müəyyən problemlər yaşanır. Bilirsiniz ki, sərhədlər hələ də dermikasiya olmayıb. Azərbaycanlılar Gürcüstanda ağır bir gün keçirir`. Bunu AzVision.az-a Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti və onların yaratdıqları qeyri-hökumət təşkilatlarının (QHT) qarşılaşdıqları manelər haqqında danışarkən deyib. S. Mehdiyev bildirib ki, Gürcüstanda fəaliyyət göstərən xaricdə yaşayan azərbaycanlıların diasporu komitəsindən onların QHT-nə qrantlar müəyyən şərtlər altında verilir. `Biz çox ağır günlər keçiririk, işləməyə çətinlik çəkirik. Buna görə də 17 təşkilat birləşərək monitorinq qrupu yaratmışıq. Gürcüstan və Azərbaycan Maliyyə Nazirliyi ilə birlikdə bu monitorinqi həyata keçirmək istəyirik. Bilmək istəyirik ki, bu günə qədər komitədən Gürcüstana nə qədər qrant ayırılıb. Müəyyən şərtlərlə alınan qrantlar bizim üçün çox baha başa gəlir. Biz işləyə bilmirik, çox vaxt qrantsız qalırıq.

Sadaxlı Dirçəliş İttifaqının sədri komitənin `mnoqonaçionalnıy qruziya` adlı QHT-nin sədri Arnold Stepanyana azərbaycanlılarla bağlı informasiyalar ötürdüyünü deyir: `Burada fəaliyyət göstərən `Mnoqo naçionalnıy Qruziya ` Təşkilatın rəhbəri Arnold Stepanyan artıq bütün regionlarda çox böyük sürətlə iş aparır. O cümlədən bütün sərhəd zonalarında da erməni təşkilatları üçün həmişə böyük dəstəklər var. Adi bir misal göstərim ki, biz müəyyəm monitorinq planlarımızı komitəyə göndərmişdik. Sonra isə məlum oldu ki,verdiyimiz informasiyalar artıq ermənilərin əlinə keçib. Komitədən Gürcüstanda fəaliyyət göstərən erməni qruplarına dəstək olur nəinki, azərbaycanlılara. Bizim təşkilat və 5 minə yaxın Gürcüstan azərbaycanlısı bu barədə Azərbaycan prezidentinə məktub hazırlayırıq. Bəzi təşkilatlardakı ziyalılarımız hətta Arnold Stepanyanla əməkdaşlıq edirlər. Hətta Azərbaycan dövləti və diasporası ilə əlaqə saxlayıb, fəaliyyət göstərən Bu da ona gətib çıxardır ki, azərbaycanlıları aid informasiya Arnold Stepanyana çatdırılır və o da istədiyi yerə informasiyanı verə bilər`.

“Gürcüstanın Borçalıda, Maurneli də yerləşən milli azlıqlarının ombudsmanı Ermənistanın Ağsaqqal Şurasının üzvidir. Bu günə gəlib çatmağımızda komitədən dediyimiz müəyyən qrantların müəyyən şərtlər ilə verilməsidir. Yəni bu papaq məsələsidir , Gürcüstanda bir papaqlı kişi qoymadılar. Gürcüstanda 100-dən artıq QHT var ki, onlardan yalnız 3-4 işləyə bilir, o da sadəcə olaraq müəyyən şərtlər daxilində. Arnold Stepanyanın İsveçrə səfirliyi ilə olan layihəsində Gürcüstandakı milli azlıqların qədimi abidələri, geyimi ilə bağlı bir xəritə buraxıb. Orada Gürcüstan azərbaycanılarını alçaldıcı vəziyyətdə göstərib. Şəxsən o xəritədədə Stepanyan Maurnolidə yerləşən məscidi Şah Abbas məscidi adlandırıb. Halbuki bizdə ki, `Həzrəti- Əli` adına olan məsciddir. Elə bil ki, bu formada vermək istəyir ki, Şah Abbasın nəvələrisiniz. Qəsdən edib ki, qədimdən əziyyət çəkdiyimiz tatar sözü damğa kimi qalsın. Bizm üçün ağır bir nəticə gözlənilir`- deyə S. Mehdiyev bildirib.

Şahanə Rəhimli


Teqlər:





Xəbər lenti