Kərəm Həsənovun qəbul vaxtı dəyişdirilib

Kərəm Həsənovun qəbul vaxtı dəyişdirilib
  01 İyun 2018    Oxunub:1215
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun İsmayıllı rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək iyunun 9-na keçirilib.
AzVision.az Komitəyə istinadən xəbər verir ki, vətəndaş qəbulu saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Komitənin 16 saylı ərazi şöbəsi: (02028) 5-64-64, (02420) 5-23-00

Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi: (02420) 5-28-88, (02028) 5-35-05

AzVision.az


Teqlər: ƏMDK  





Xəbər lenti