Ermənistanda əsgər anaları etiraz edir - VİDEO

Ermənistanda əsgər anaları etiraz edir - VİDEO
  01 İyun 2018    Oxunub:3232
İrəvanda erməni cəmiyyətinin müxtəlif sosial təbəqəsindən olan insanlar hökumət binası önündə aksiya keçirirlər. Onlar öz problemlərinin Paşinyan hökuməti tərəfindən dinlənilməsi və həll edilməsini tələb edirlər.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya iştirakçıları arasında Ermənistan ordusunda dinc şəraitdə ölən əsgərlərin anaları da var.

Əsgər anaları qeyri-döyüş şəraitində ölmüş oğulları barədə Serj Sarkisyan hökumətinin gizlətdiyi həqiqətləri Paşinyanın üzə çıxarmasını tələb edirlər. Əllərində ölmüş oğullarının şəkilləri və plakatlarını tutan əsgər anaları jurnalistlərə bildiriblər ki, övladlarının əsl ölüm səbəblərinin açıqlanmasını və cinayətkarların tutulmasını istəyirlər.

Aksiyaçılar, həmçinin sabiq müdafiə nazirləri Seyran Ohanyan və Vigen Sarkisyanın cəzalandırılmasını tələb edirlər.

Qeyd edək ki, bu gün Ermənistanın nazirlər kabineti baş nazir Nikol Paşinyanın başçılığı ilə növbətini iclasını keçirir.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistana   Etiraz  





Xəbər lenti