Paşinyan bütün qubernatorları dəyişdirdi - FOTOLAR

Paşinyan bütün qubernatorları dəyişdirdi - FOTOLAR
  01 İyun 2018    Oxunub:1761
Ermənistan hökumətinin bugünkü iclasında ölkənin 10 əyalətindən 8-nə yeni qubernator təyin olunub.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, vəzifəyə gələndən sonra baş nazir Nikol Paşinyan bütün qubernatorların dəyişdirilməsinin lazım olduğunu demişdi.
Nəticədə nazirlər kabinetinin qərarı ilə bütün qubernatorlar vəzifədən kənarlaşdırılıb.

Ermənistan hökumətinin yeni qərarı ilə isə Nor Kyak kəndinin sabiq başçısı Qarik Sarkisyan Ararat əyalətinin qubernatoru, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının üzvü Romanos Petrosyan Kotayksk əyalətinin qubernatoru, İcevan şəhərinin meri Vahe Qalumyan Tavuş əyalətinin qubernatoru, “Vətəndaş müqaviləsi” partiyasının üzvü Karen Saruxaryan Şirak əyalətinin qubernatoru, “Daşnaksütyun” partiyasının üzvü İşxan Saqatelyan Qeqarkunik əyalətinin qubernatoru, Vayk şəhərinin keçmiş meri Araqaç Saqatelyan Vayoçdzor əyalətinin qubernatoru, Qrant Marqaryan Loriysk əyalətinin qubernatoru, Araqaçotnsk əyalətinin qubernatoru isə “Daşnaksütyun” partiyasının üzvü, 2017-ci ilin iyulundan 2018-ci ilin aprelinədək elə Araqaçotnsk əyalətinin qubernatoru olmuş Aşot Simonyan təyin olunub.

Digər 2 əyalətə qubernator təyin edilməsi isə sonraya saxlanılıb. Yeni təyin olunan qubernatorların şəkilləri sıralamaya müvafiq olaraq aşağıda göstərilib.

















Leyla Ebrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti