“Paşinyan rusafobdur” - Türkiyə Starteji Araşdırmalar Mərkəzi

“Paşinyan rusafobdur” - Türkiyə Starteji Araşdırmalar Mərkəzi
  31 May 2018    Oxunub:2919
Türkiyənin “Bilgə İnsanlar” Starteji Araşdırmalar Mərkəzi Ermənistanda keçirilən sonuncu seçkidən sonra baş tutan etiraz aksiyaları və iqtidar dəyişikliyindən bəhs edən təhlil hazırlayıb.
AzVision.az-ın məlumatına görə, təhlildə seçkidən sonra baş verən proseslərin sürətlə cərəyan etdiyi və ilkin mərhələdə hadisələrin həqiqi üzünün bir çoxları üçün gizli qaldığı vurğulanır.

Qeyd olunur ki, qonşu ölkələr və bölgədə maraqları olan güclər, 2014-cü ildə Ukraynada olduğu kimi tərəflərdən hər hansı birinə dəstək və təzyiq etməyib, əksinə baş verənləri izləməklə kifayətləniblər.

Təhlildə o da vurğulanır ki, yeni baş nazir Nikol Paşinyan strateji postlara - müdafiə və xarici işlər nazirliklərinə, Milli Təhlükəsizlik Şurasına ABŞ-ın təsiri altında olan şəxsləri rəhbər təyin edib. Bu isə rəsmi Moskvanın diqqətindən yayınmır. İlkin mərhələdə bu, Ermənistanla Ukraynada baş verənlər arasında paralellik təşkil edir.

Təhlildə diqqətə çatdırılır ki, Rusiya əslində etirazlarla iqtidarı ələ keçirən Paşinyanın ABŞ-ın layihəsi olduğunu açıq şəkildə bəyan etməkdən çəkinir. Əlbəttə, Kreml Paşinyanın komandasında Soros Fondu ilə əlaqəli rusiyafob baxışlı olanların sayının çox olmasının fərqindədir.

Bildirilir ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan vaxtilə Soros Fondunun maliyyələşdirdiyi “Transparency International” təşkilatında koordinator olub.

“Bilgə İnsanlar” Starteji Araşdırmalar Mərkəzinin bu barədə olan təhlilini ətraflı şəkildə buradan oxuya bilərsiniz.

AzVision.az


Teqlər: Paşinyan   Təlil  





Xəbər lenti