XİN-dən İrəvana cavab: Azərbaycan danışıqlara hazırdır

XİN-dən İrəvana cavab: Azərbaycan danışıqlara hazırdır
  31 May 2018    Oxunub:1966
“Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın son açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır.

XİN rəsmisi bildirib ki, tərəflər arasında danışıqlarla əlaqədar görüşün keçirilməsi barəsində Azərbaycana təkliflər daxil olduğu halda mətbuata bu barədə məlumat veriləcək.

Qeyd edək ki, bu gün Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan “Armenia” telekanalına bildirib ki, baş nazir Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birbaşa danışıqlar ola bilər.

AzVision.az



Teqlər: XİN   Qarabağ   Ermənistan  





Xəbər lenti