Putin canlı yayımda suallara cavab verəcək

  30 May 2018    Oxunub : 1047
Putin canlı yayımda suallara cavab verəcək
Rusiya prezidenti Vladimir Putinin televiziyada ənənəvi canlı yayımının vaxtı açıqlanıb.
AzVision.az xəbər verir ki, Rusiya lideri iyunun 7-də Moskva vaxtı ilə saat 12:00-da sualları cavablandıracaq.

““Birinci”, “Rossiya 1”, “Rossiya 24” telekanalları, “Mayak”, “Vesti FM” və “Radio Rossii” radiostansiyalarında “Vladimir Putinlə canlı yayım” ənənəvi proqramı efirə çıxacaq”, - deyə Kremlin məlumatında bildirilib.

Qeyd edək ki, Putinin ilk ənənəvi mətbuat konfransı 2017-ci ildə keçirilib. Bu günə qədər ümumilikdə, 15 canlı yayım baş tutub. Bu canlı yayımlardan ən uzunu 2013-cü ildə 4 saat 47 dəqiqə davam edib. 2017-ci ildə baş tutan canlı yayım isə 4 saat davam edib və Putin Rusiya iqtisadiyyatı, Suriya siyasəti, ABŞ-la əlaqələr və Krım məsələsi başda olmaqla 2 milyondan artıq sualın 70-ni cavalandırıb.

Kənan Məmmədov
AzVision.az

Teqlər: Putin