“The Japan Times”Prezidentin qələbəsindən danışdı

“The Japan Times”Prezidentin qələbəsindən danışdı
  11 Oktyabr 2013    Oxunub:1070
AzVision.az xəbər verir ki, Yaponiyanın nüfuzlu “The Japan Times” qəzetinin 10 oktyabr tarixli nömrəsində Azərbaycanda prezident seçkilərinin nəticələrinə həsr olunmuş “Azərbaycan Prezidenti üçüncü müddətə qələbə qazandı” adlı məqalə dərc edib.
Məqalədə qeyd edilir ki, ilkin məlumatlara əsasən, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da keçirilmiş prezident seçkilərində öz rəqiblərini böyük fərqlə üstələyərək növbəti beş il müddətinə dövlət başçısı seçilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun bildirdiyinə görə, İlham Əliyev, ilkin məlumatlara əsasən, seçki məntəqələrinin 72 faizində seçicilərin səsələrinin təxminən 85 faizini qazanmışdır. Müxalifət partiyalarının vahid namizədi cəmi 5 faiz, digər namizədlər isə daha az səs toplayıblar.

Qəzet yazır ki, əvvəl keçirilmiş sorğularda da təxminən bu rəqəmlər öz əksini tapıb. Məqalədə Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədovun “İlham Əliyev əhalinin böyük əksəriyyətinin şərtsiz dəstəyinə malikdir” fikri də öz əksini tapıb.

Məqalədə qeyd edilir ki, İlham Əliyev 9 milyon əhalisi olan keçmiş sovet respublikasına 2003-cü ildən rəhbərlik edir. Azərbaycan xalqının milli lideri Heydər Əliyevi 1991-ci ildə- Sovet İttifaqı dağıldıqdan sonra xaosun baş alıb getdiyi ölkədə sabitliyin qarantı kimi çıxış edərək, ölkədaxili çəkişmələrin qarşısını alaraq, ölkəni iqtisadi inkişaf yoluna çıxarıb. Heydər Əliyev qonşu Ermənistan tərəfindən başlanmış və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin, həmçinin ətraf ərazilərin işğalı ilə nəticələnmiş, bir milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrilməsinə gətirib çıxarmış qanlı müharibəni dayandıraraq atəşkəsə nail olob.

Məqalədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı, müsəlman ölkələri arasında və strateji əhəmiyyətə malik Xəzər dənizi regionunda böyük nüfuza sahib olduğu da qeyd edil.

Azərbaycanın karbohidrogen ehtiyatlarından bacarıqla istifadə edərək sürətli sosial-iqtisadi inkişafa nail olduğu, neftdən əldə edilən gəlirlərin Dövlət Neft Fondunda toplandığı və cari ilin əvvəlində buradakı vəsaitin 34 milyard dolları ötdüyü də oxucuların nəzərinə çatdırılıb deyə məqalədə bildirilir.


Teqlər:





Xəbər lenti