Poroşenko “Normand dördlüyü”nü görüşə çağırdı

Poroşenko “Normand dördlüyü”nü görüşə çağırdı
  29 May 2018    Oxunub:1183
Ukrayna prezidenti Pyotr Poroşenko Donbassda sülhməramlılar yerləşdirilməsini müzakirə etmək üçün tez bir zamanda “normand formatı”nda görüş keçirilməsini istəyir.
AzVision.az xəbər verir ki, bu barədə Poroşenko Almaniyalı həmkarı Frank Valter Ştaynmayerlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sülhməramlılar məsələsi mütləq "normand formatı"nda görüşdə müzakirə olunmalıdır: “Mən əminəm ki, bunu biz “normand formatı” çərçivəsində müzakirə etməliyik. Yaxın zamanlarda bu formatda görüşün tezliklə keçirilməsinə təşəbbüs göstərəcəyəm.” – deyə Poroşenko vurğulayıb.

Bundan əvvəl isə Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel Soçidə keçirdiyi görüşdə Ukraynanın şərqinə BMT sülhməramlılarının yerləşdirilməsi məsələsini müzakirə ediblər.

Qeyd edək ki, ATƏT nümayəndələrinin təhlükəsizliyi üçün Donbassdakı təmas xəttində BMT sülhməramlılarının yerləşdirilməsini 2017-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin təklif edib. Rəsmi Kiyevdə isə təkid edirlər ki, sülhməramlılar Donbassın bütün ərazisi üzrə, o cümlədən Ukraynanın Rusiya ilə sərhəddində yerləşdirilməlidir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   Donbass   sülhməramlı  





Xəbər lenti