Paşinyan ABŞ rəsmisi ilə Qarabağı müzakirə edib

Paşinyan ABŞ rəsmisi ilə Qarabağı müzakirə edib
  29 May 2018    Oxunub:1300
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Bricit Brink ilə görüşüb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindəki mövcud vəziyyət müzakirə edilib.
Paşinyan nizamlanma prosesində ABŞ-ın göstərdiyi səylərin əhəmiyyətini vurğulayıb.



Ermənistanın baş naziri eyni zamanda, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri – Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirakını yüksək qiymətləndirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: DağlıqQarabağ   Ermənistan   Azərbaycan   ABŞ  





Xəbər lenti