Koreya liderləri yenidən görüşəcək

  27 May 2018    Oxunub : 1342
Koreya liderləri yenidən görüşəcək
KXDR lideri Kim Çen In və Cənubi Koreya Prezidenti Mun Ce-in iyunun 1-də yüksək səviyyədə danışıqlar aparacaqlar. Bu, iki ölkə lideri arasında üçüncü görüş olacaq.
Şimali Koreyanın Mərkəzi teleqraf agentliyinin yaydığı məlumata görə, bu barədə razılıq liderlərin şənbə günü keçirilən görüşündə əldə olunub.

Hər iki tərəf 27 aprel bəyannaməsinin ən qısa müddətdə reallaşdırılması niyyətini elan edib. Bundan başqa, Kim Çen In ABŞ-la sammit keçirməkdə qərarlı olduğunu təsdiqləyib.

AzVision.az

Teqlər: KXDR   Koreya