Mişel Vuazen: Pprezident seçkiləri şəffaf, azad və ədalətli keçirilib

 Mişel Vuazen: Pprezident seçkiləri şəffaf, azad və ədalətli keçirilib
  11 Oktyabr 2013    Oxunub:1103
ATƏT missiyasının rəhbəri: Azərbaycanda prezident seçkiləri şəffaf, azad və ədalətli keçirilib.
ATƏT-in xüsusi əlaqələndiricisi və qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazə Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat verib.

AzVsison.az Trend-ə istinadən xəbər verir ki, missiya rəhbəri qeyd edib ki, bütün polemikalara və ayrı-ayrı detallarla bağlı problemlərə baxmayaraq, bu seçkilərin nəticələri bütün sorğuların təsdiq etdiyi kimi şübhəsiz bir qalib ortaya cıxartdı. İxtisaslaşmış təşkilatların müşahidələrilə yanaşı şübhəsizdir ki, bu seçki kampaniyası namizədlərin sayı, televiziyalarda kampaniyaların bütün namizədlərə açıq olması, seçicilərin seçkilərdə 72%-dən artıq yaxşı iştirakı, Mərkəzi Seçki komissiyası tərəfindən yaxşı təşkilatçılıq və şəffaflıq vasitəsilə demokratik inkişafını mümkün edib.

ATƏT rəsmisi qeyd edib ki, bu onun Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi kimi 4-cü iştirakıdır.

M.Vuazə hesab edir ki, seçkilər şəffaf, azad və ədalətli keçirilib və bununla bağlı Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin bəyanatına tamamilə qoşulur.

Missiya rəhbərinin sözlərinə görə, yuxarıda qeyd etdiyi məsələlər DTİHB məruzəsində öz əksini tapmır, bu məruzə ATƏT PA müşahidəçilərinin və qısamüddətli seçki müşahidəçilərinin seçki haqqında qeyd etdikləri müsbət fikirləri əks etdirmir.

M.Vuazə bildirib ki, o bu bəyanatı fikirlərinin səhv yöndə istifadə edilməməsi üçün verir.


Teqlər:  





Xəbər lenti