Prezident türkiyəli müşahidəçiləri qəbul edib

Prezident türkiyəli müşahidəçiləri qəbul edib
  10 Oktyabr 2013    Oxunub:987
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) ölkəmizdə keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirak edən nümayəndə heyətini qəbul edib.
TBMM-in deputatı Haluk İpək başçılıq etdiyi nümayəndə heyəti adından dövləti başçısını prezident seçkilərində əldə etdiyi böyük qələbə münasibətilə təbrik edib. O, prezident seçkiləri ilə bağlı ölkəmizin müxtəlif bölgələrində olduqlarını, seçicilərin, xüsusilə gənclərin yüksək fəallıq göstərdiklərini deyib. H. İpək müşahidə missiyasının tərkibində Ədalət və İnkişaf Partiyası ilə yanaşı, Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarını TBMM-də təmsil edən millət vəkillərinin olduğunu da deyib. 2003-cü il seçkilərində də iştirak etdiklərini xatırlayan türkiyəli qonaq hər seçkidən sonra Azərbaycanda böyük inkişafın şahidi olduqlarını məmnunluq hissi ilə qeyd edib. Seçkilərin ölkəsinin prezidenti, baş naziri və Türkiyə xalqı tərəfindən maraqla izlənildiyini deyən H. İpək bu seçkilərin Azərbaycana böyük uğurlar gətirməsini arzu edib.

Dövlət başçısı ölkələr arasında mövcud olan tarixi dostluq-qardaşlıq münasibətlərinin bugünkü Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün möhkəm təməl olduğunu vurğulayıb. Türkiyə-Azərbaycan birliyinin bu gün beynəlxalq aləmdə mühüm amil olduğunu qeyd edən prezident ölkələr arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib. Prezident seçkilərinə toxunan dövlət başçısı seçkilərin nəticələrini son illər Azərbaycanda görülən işlərə xalqın verdiyi qiymət və gələcək inkişafla bağlı arzularının ifadəsi kimi dəyərləndirib. Dövlət başçısı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bütün sahələrdə inkişafının bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti