Məmmədyarov GUAM-ın Baş katibini qəbul edib

Məmmədyarov GUAM-ın Baş katibini qəbul edib
  10 Oktyabr 2013    Oxunub:879
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan GUAM-ın Baş katibi Valeri Çeçelaşvilini qəbul edib.

XİN-dən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla GUAM arasında əməkdaşlığın cari vəziyyəti və əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb, həmçinin təşkilata üzv ölkələr arasında koordinasiya edilmiş fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Valeri Çeçelaşvili təşkilatın fəaliyyəti və digər beynəlxalq təşkilat və ölkələrlə qurduğu əməkdaşlıq haqqında məlumat verib.

Görüş zamanı GUAM-ın nəzərdə tutulan tədbirləri barəsində fikir mübadiləsi və məsləhətləşmələr aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti