Əli Əhmədovdan ATƏT-ə sərt cavab

Əli Əhmədovdan ATƏT-ə sərt cavab
  10 Oktyabr 2013    Oxunub:1035
“Xalqın öz iradəsini ifadə etməsi üçün hər bir şərait yaradılmışdı”.
“Oktyabr ayının 9-da Azərbaycan xalqı prezident seçkilərində öz siyasi iradəsini ifadə etdi. Xalqın öz iradəsini ifadə etməsi üçün hər bir şərait yaradılmışdı. Seçkilər şəffaf və ədalətli keçirildi. İnsanlar istədikləri namizədə səs verdi. Cənab İlham Əliyev seçicilərin səslərinin əksəriyyətini qazandı. Mən bunu tamamilə ədalətli sayıram. Xalq görülən işlərə və gələcək uğurlara səs verdi”.

AzVision.az xəbər verir ki, bu sözləri YAP-in saytına açıqlamasında YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini şərh edərkən deyib.

Əli Əhmədov, eyni zamanda ATƏT-in DTİH bürosunun ədalətli ola bilməməsinin təəssüf doğurduğunu da nəzərə çatdırıb: “Onlar seçki prosesini xalqın iradəsinin ifadə olunmasına görə deyil, görünür, özlərinə məlum olan mülahizələrə əsasən dəyərləndirməyə üstünlük verdilər. Mən ATƏT-in DTİH bürosunun prezident seçkilərinin nəticəsinə dair ilkin hesabatını qeyri - obyektiv və qərəzli hesab edirəm. Bu hesabat mahiyyətinə görə Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir”.


Teqlər:





Xəbər lenti