Qüdrət Həsənquliyev prezidentə zəng edib

Qüdrət Həsənquliyev prezidentə zəng edib
  10 Oktyabr 2013    Oxunub:2167
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev prezident İlham Əliyevə zəng edib.
AzVision.az-ın məlumatına görə, bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev prezident İlham Əliyevə telefon açaraq, onu oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Bu barədə BAXCP-nin mətbuat xidmətinə Qüdrət Həsənquliyev məlumat verib.

Xatırladaq ki, BAXCP sədri bu gün səhər NATO Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün Xorvatiyaya yola düşüb.


Teqlər:  





Xəbər lenti