“Eurovision-2013” uşaq mahnı müsabiqəsi üçün seçim başlayır

“Eurovision-2013” uşaq mahnı müsabiqəsi üçün seçim başlayır
  10 Oktyabr 2013    Oxunub:1368
Ukraynada keçiriləcək Uşaq Evrovision mahnı müsabiqəsində Azərbaycan da təmsil olunacaq.
Mədəniyyət və Turizm İdarəsindən AzVision.az-a verilən məlumata görə, bu gün - oktyabrın 10-u, saat 13.00-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan R.Behbudov adına 2 saylı onbirillik Musiqi Məktəbinin akt zalında “Eurovision-2013” uşaq mahnı müsabiqəsinin kastinqi başlayıb.

Kastinqdə uşaq musiqi və incəsənət məktəblərində təhsil alan 10-14 yaşlı istedadlı uşaqlar iştirak edir.

Xəbərdə vurğulanır ki, bu vaxta qədər keçirilən Evrovision mahnı müsabiqələrində ölkəni təmsil edən Aysel Teymurzadə, Nigar Camal, Eldar Qasımov, Fərid Məmmədov məhz R.Behbudov adına 2 saylı onbirillik Musiqi Məktəbinin məzunları olublar.

“Eurovision-2013” uşaq mahnı müsabiqəsi 2013-cü noyabrın 30-da keçiriləcək.


Teqlər:





Xəbər lenti