Millət vəkili ATƏT-in hesabatını darmadağın etdi

Millət vəkili ATƏT-in hesabatını darmadağın etdi
  10 Oktyabr 2013    Oxunub:1078
AŞPA və Avropa Parlamentinin missiyaları hesab edir ki, Azərbaycanda 9 oktyabr seçkisi azad, ədalətli, şəffaf keçirilib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə onların bu fikirlərini bölüşmür. Niyə?
Millət vəkili Sahib Alıyevə görə, Bürodakıların demələrindən belə çıxır ki, saxtakarlığı, ikiüzlülüyü, bozluğu, duzsusluğu, proqramsızlığı, harizmasızlığı debatdakı çıxışlarından aydın görünən Cəmil Həsənli daha çox səs toplamalı imiş: “Bütün bunları qoyuruq bir kənara, elə təsəvvür edək ki, Cəmil Həsənli supermen imiş. Allah xatirinə, siz deyin, Avropanın hansı ölkəsində adını siyasətçi qoyan biri seçkiyə ay yarım qalmış könlündən prezidentlik keçdiyini bildirir? Və Avropada elə bir ölkə göstərə bilərsinizmi ki, orada həmin adamın 10 faizdən artıq səs yığmaq şansı olsun? Əlbəttə, yox. Bəs onda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda niyə fərqli nəticə gözləyir?”

Millət vəkilinin sözlərinə görə, əgər kimsə düşünürsə ki, Cəmil Həsənlinin seçkidən iki gün öncə İngiltərənin “Guardian” qəzetində çıxan məqaləsi ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təxminən həmin vaxt mətni tam dəqiqləşdirilib indi açıqlanan bəyanatı arasında heç bir bağlılıq yoxdur, o, ya islaholunmaz sadəlöhvdür, ya da vecsiz adamdır.

Xatırladaq ki, Cəmil Həsənli həmin cızma-qarasında Dağlıq Qarabağı “mübahisəli ərazi” adlandırır. Yəni kimə məxsusluğu bilinməyən, aydınlaşdırılmasına ehtiyac duyulan torpaqlar kimi qiymətləndirir. Hakimiyyəti ermənilərlə sərt rəftarda ittiham edir.

- Yəni öz adı ilə desək, əsl şərəfsizlik sərgiləyir. Ondan əvvəl Milli (millimi?) Şura deyilən qurumun prezident kürsüsünə əyləşdirmək istədiyi Rüstəm İbrahimbəyovun dediklərini təkrarlayır Cəmil Həsənli. 21 ildir Daılıq Qarabağ münaqişəsinin həllini öz öhdəsinə götürüb bu yolda regiona həmsdər ölkələrin təmsilçilərini turunun təşkili və bir də iki-üç dişsiz sənədin hazırlanmasından başqa heç nə etməyən ATƏT başbilənlərinin bu mövqe, təbii ki, xoşlarına gəlməlidir. Bu, elə onların mövqeyidir və həmin mövqeni bəzi şərəf hissini itirmiş azərbaycanlılara da aşılaya biliblər. İndi də belələrindən lider düzəldirlər. Bəlkə də burada "düzəldirlər" sözünün borçalı variantını işlətmək daha doğru olardı,- deyə Sahib Alıyev bildirib.

Millət vəkili sonra sual edib: `Bir şey də maraqlıdır, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda insan haqlarının pozulması ilə bağlı ən xırda fatkları belə diqqətdən kənarda qoymadıqları halda, nədən yüz minlərlə qarabağlı seçicinin bu dəfəki səsverməni də öz doğma el-oblarında keçirə bilmədiklərinə toxunmur. Toxunsalar erməni işğalçılarının xətrinə dəyə bilərlər, ona görəmi?`.



Teqlər:  





Xəbər lenti