Ermənistanın baş qərargah rəisi işdən çıxarılır

Ermənistanın baş qərargah rəisi işdən çıxarılır
  24 May 2018    Oxunub:1878
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Movses Akopyanın istefaya göndərilməsi ilə bağlı prezident Armen Sarkisyana müraciət edib.
AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu gün hökumətin iclasında çıxış edən Paşinyan qeyd edib ki, Movses Akopyan günün sonunadək Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsindən azad ediləcək.

O, əlavə edib ki, yeni Baş Qərargah rəisi sabah Silahlı Qüvvələrin komandanlığına təqdim olunacaq.

AzVision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti