AŞPA və Avropa Parlamentindən seçkilərlə bağlı BƏYANAT

AŞPA və Avropa Parlamentindən seçkilərlə bağlı BƏYANAT
  10 Oktyabr 2013    Oxunub:962
Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin nümayəndə heyətlərinin Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair birgə bəyanat yayıb.

AzVision.az bəyanatın tam mətnini təqdim edir:

`Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin seçkiləri müşahidə üzrə nümayəndə heyətləri Azərbaycan hakimiyyəti tərəfindən 2013-cü il 9 oktyabr tarixində keçirilmiş prezident seçkilərini müşahidə etmək üçün dəvət edilmişdirlər. Nümayəndə heyətinin rəhbərləri kimi biz ilk növbədə Azərbaycan xalqını seçki təşviqatının və seçki gününün dinc keçməsi ilə bağlı təbrik edirik.

Biz Azərbaycana dərs vermək və ya ölkədə demokratik inkişafın səviyyəsini ölçmək üçün deyil, ölkənin demokratiyaya keçidi prosesinə şahidlik etmək və bu prosesi təşviq etmək üçün gəlmişik.

Ümumilikdə seçki günü və ondan əvvəl seçki prosesinin azad, ədalətli və şəffaf şəkildə keçirildiyini müşahidə etdik.

Azərbaycan hakimiyyətinin 2013-cü il prezident seçkilərində çox saylı yerli və beynəlxalq müşahidəçilərin iştirakını təmin etmək iradəsi təqdirəlayiqdir.

Gördüklərimizə əsasən deyə bilərik ki, seçki ərəfəsində və seçki günü seçki prosesləri peşəkar və dinc şəkildə həyata keçirilmişdir. Biz bu seçkilərə texniki baxımdan möhkəm hazırlığın həyata keçirilməsindən və Azərbaycan hakimiyyətinin bu məqsədlə vəsait ayırmasından məmnun olduq.

Seçki günü seçki məntəqələrində və ya onların yaxınlığında seçicilərə münasibətdə hər hansı təhdidin edilməsi faktının şahidi olmaqdıq. Seçki qanunvericiliyinə uyğun olaraq seçki məntəqələrinin ətrafında hər hansı polis əməkdaşı yox idi. Biz seçki məntəqələrinin yaxınlığında hər hansı təşviqat materialına rast gəlmədik.

Bununla belə, seçki prosesi, xüsusilə seçkilərdən öncəki aylarda əsas azadlıqlara hörmət edilməsi ilə bağlı irəliləyişlərin əldə edilməsi arzu olunandır.

Biz hakimiyyət orqanlarını beynəlxalq birliyin əvvəlki və hazırkı tövsiyələrini diqqətlə nəzərdən keçirməyə təşviq edirik.
Biz həmçinin əvvəlki seçkilərlə müqayisədə daha açıq seçki debatlarının keçirilməsini təqdir edirik. Bununla belə, fikri ifadə etmək azadlığı ilə bağlı məsələlər ciddi narahatlıq doğurmaqda davam edir.

Biz həmçinin inanırıq ki, müxalifət bu seçkilərdə məhdudlaşdırılmış da olsa imkanlar cığırına malik olmuşdur və bu gələcəkdə inkişaf etdirilməlidir.

Bu seçki prosesinə başlanğıc kimi baxmaq mümkündür. O, təkmil olmasa da, bir başlanğıcdır. Biz Azərbaycan hakimiyyətini ölkənin demokratikləşməsi istiqamətinə inkişafı ciddi şəkildə davam etdirməyə təşviq edirik.

Azərbaycan 10 ildən artıqdır ki, Avropa Şurasının üzvüdür və 2013-cü ilin prezident seçkiləri Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin olduqca önəmli bir mərhələsində, Vilnyusda Şərq Tərəfdaşlığı Sammitinin keçirilməsinə iki aydan az qalmış bir vaxtda keçirilmişdir.

Seçkilərin müşahidəsi ilə bağlı son hesabatlar iki təsisat tərəfindən qarşıdan gələn həftələrdə dərc ediləcəkdir.

Avropa Parlamenti Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi üçün istər ikitərəfli çərçivədə, istərsə də Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan Parlamenti ilə sıx əməkdaşlığı davam etdirməyə hazırdır.

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının monitorinq prosesi altında qalmaqda davam edir və Assambleya Azərbaycanın Avropa Şurasına üzv olan zaman üzərinə götürdüyü öhdəliklərə tam əməl edilməsi yolunda Azərbaycan hakimiyyəti ilə əməkdaşlığını davam etdirəcəkdir`.


Teqlər:  





Xəbər lenti