AŞPA və Avropa Parlamentinin müşahidəçiləri xalqı təbrik etdi - YENİLƏNİR

AŞPA və Avropa Parlamentinin müşahidəçiləri xalqı təbrik etdi - YENİLƏNİR
  10 Oktyabr 2013    Oxunub:939
`Azərbaycan xalqını seçkilərin dinc, şəffaf və ədalətli keçirilməsi ilə bağlı təbrik edirik`. Bu sözləri AŞPA və Avropa Parlamentinin ölkəmizdəki müşahidəçi missiyasının üzvləri deyiblər.

Prezident seçkilərini müşahidə edən AŞPA nümayəndə heyətinin rəhbəri Robert Uolter deyib ki, AŞPA-nın 7 üzvündən ibarət nümayəndə heyətilə Azərbaycana bir ay əvvəl gəliblər. Uzunmüddətli müşahidə missiyasının seçkiqabağı prosesi izlədiyini qeyd edən R. Uolter seçki günü 30 millət vəkilindən ibarət heyətlə müşahidə apardıqlarını deyib.

O, AŞPA-nın Azərbaycanda gedən prosesləri yaxından izlədiyini də vurğulayıb.

Jurnalistlərin suallarına cavab verən müşahidə missiyasının nümayəndələri qeyd edib ki, seçki günü və səslərin hesablanması prosesini izləyərkən seçicilərin əksəriyyətinin bir namizədə - indiki Prezidentə səs verdiklərinin şahidi olublar. Və seçkilərin nəticələrinə təsir göstərə bilən hər hansı ciddi pozuntular müşahidə etməyiblər.


Teqlər:  





Xəbər lenti