İranda 800 nəfər göbələkdən zəhərlənib - 11 ölü

İranda 800 nəfər göbələkdən zəhərlənib -  11 ölü
  21 May 2018    Oxunub:2097
İranda göbələkdən kütləvi zəhərlənmə nəticəsində 11 nəfər ölüb, 800-dən çox insan isə zərər çəkib.

AzVision.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, göbələkdən zəhərlənən 200 nəfər xəstəxanaya yerləşdirilib. O da vurğulanıb ki, bu cür göbələk zəhərlənməsinin effektiv müalicəsi yoxdur və zərər çəkənlərin əksəriyyətinin sağalması üçün onlara qaraciyər köçürülməsi tələb olunur.

Zəhərlənən insanlar əsasən, İranın şimalındakı dağlarda yağışdan sonra yetişən yabanı meşə göbələklərini yığanlardır.

İran hökuməti bəyan edib ki, zəhərli göbələklər adi yeməli göbələklərə bənzədiyindən, insanlar onları ayırd edə bilməyiblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Zəhərlənmə   Göbələk  





Xəbər lenti