Ermənistanda baş prokurora qarşı etirazlar - VİDEO

Ermənistanda baş prokurora qarşı etirazlar - VİDEO
  21 May 2018    Oxunub:1067
Ermənistanın Kassasiya Məhkəməsinin binası önündə Qarabağ döyüşlərinin iştirakçısı, separatçıların Dağlıq Qarabağdakı silahlı birləşmələrinin keçmiş komandiri Samvel Babayanın müdafiəsi naminə aksiya keçirilir.
AzVision.az erməni KİV-nə istinadən bildirir ki, nümayişçilər əllərində Babayanın şəkilləri olan plakatları tutaraq, baş prokuror Artur Davtyanın istefasını tələb edirlər.

Qeyd edək ki, Babayan 2017-ci ildə həbs edilərək, məhkəmənin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Gürcüstandan qanunsuz olaraq “İqla” daşınabilən zenit raket kompleksini Ermənistana keçirməkdə, silah və hərbi-sursatın qanunsuz əldə edilməsi və saxlanılmasında, həmçinin çirkli pulların yuyulması və korrupsiyada ittiham edilib.

Babayen ittihamları qəbul etmir. Tərəfdarları onun siyasi məhbus olduğunu iddia edərək, baş nazir Nikol Paşinyandan Samvel Babayanın azadlığa buraxılmasına qarşı çıxan baş prokuror Artur Davtyanın vəzifədən uzaqlaşdırılmasını tələb ediblər. Paşinyan etirazçıları aksiyanı dayandırmağa çağırıb.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Babayan  





Xəbər lenti