Dövlət qurumundan ekspertlərin fikrinə reaksiya - AÇIQLAMA

Dövlət qurumundan ekspertlərin fikrinə reaksiya - AÇIQLAMA
  10 Oktyabr 2013    Oxunub:1089
DSMF: `Dövlətin pensiyaçıların sosial müdafiəsində aktiv iştirakı sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi şərh edilməməlidir`
“Dövlətin pensiyaçıların sosial müdafiəsində aktiv iştirakı sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi şərh edilməməlidir”. AzVision.az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev dövlət büdcəsinin transfertləri ilə bağlı bəzi ekspertlərin fikrinə münasibət bildirərkən deyib:

“Hazırda pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər təşkil edir. Eyni zamanda dövlətin müəyyən etdiyi qərarlar əsasında bəzi kateqoriya şəxslərin pensiyasına əhəmiyyətli məbləğdə əlavələr edilir ki, bütün bunların sistemə ödənilən sosial sığorta haqları ilə əlaqəsi yoxdur. Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan bu dövlət öhdəliklərinin maliyyə yükü 1,2 milyard manatdan çoxdur. Dövlət büdcəsindən ayrılan transfert isə bundan aşağıdır. Deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq daxil olan sosial sığorta haqları da yönəldilir ki, bu da ölkəmizin sığorta-pensiya siseminin maliyyə dayanıqlığının əlamətidir.

Bu baxımdan dövlətin pensiyaçıların sosial müdafiəsində aktiv iştirakı sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi şərh edilməməlidir. Lakin təssüf ki, biz bunu bəzən bir sıra ekspertlərin fikirlərində müşahidə edirik. Halbuki bu sualı cavablandırmaq üçün sığorta-pensiya mövzusunda bir qədər məlumatlı olmaq kifayətdir”.


Teqlər:  





Xəbər lenti