İstanbulda Qüdslə bağlı zirvə toplantısı keçirilir - VİDEO

İstanbulda Qüdslə bağlı zirvə toplantısı keçirilir - VİDEO
  18 May 2018    Oxunub:1604
Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin zirvə toplantısı keçirilir. İclas ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən fələstinlilərin İsrail hərbçiləri tərəfindən öldürülməsinə həsr olunub.
AzVision.az-ın məlumatına görə, Türkiyənin arici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Qüds məsələsində müsəlman ölkələri birlik nümayiş etdirməli və digər ölkələrin ABŞ-ın ardınca getməsinin qarşısını almalıdır.

“İslam Əməkdaşlıq Təşkilatının bəzi üzvlərinin Fələstin məsələsinə sahib çıxmaması bizi kədərləndirir. Buna qarşı tədbirlər görməliyik. İsrailin insanlıq cinayətinə ən sərt formada münasibət verməliyik. İsrailin işğalçı, təcavüzkar və zülm siyasətinə son qoyulmasının zamanı çoxdan yetişib” - deyə Çavuşoğlu bildirib.



O, Qüdsün statusunu dəyişdirilməsinə icazə verməyəckələrini vurğulayaraq, Fələstinə siyasi dəstəklə yanaşı, iqtisadi cəhətdən də yardım edilməsinin vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, İstanbuldakı zirvə görüşündə 40-dan çox ölkənin nümayəndəsi iştirak edir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qüds   Fələstin   Türkiyə   İsrail  





Xəbər lenti