Babur Hüseynov Astarada dəfn olunacaq

Babur Hüseynov Astarada dəfn olunacaq
  17 May 2018    Oxunub:3053
Qubada qar uçqunu altında qalmış alpinist Babur Hüseynov Astarada dəfn olunacaq.
Bu barədə AzVision.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, B.Hüseynovun nəşi artıq ailəsinə təhvil verilib, dəfn olunması üçün Astaraya aparılır.

Qeyd edək ki, Babur Hüseynov 1990-cı ildə Astarada anadan olub. O, bir sıra ekstremal idman növləri ilə məşğul olub, dəfələrlə paraşüt turları təşkil edib. Onun ən sevimli idman növü isə alpinizm olub. O, Kazbek dağına və "İlham zirvəsi"nə yürüşlər edib. B.Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı olub.

Xatırladaq ki, Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. Onların cəsədləri ötən gün aşkar edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Alpinist  





Xəbər lenti