Roma Papasından Qüds açıqlaması: "Çox narahatam..."

Roma Papasından Qüds açıqlaması: "Çox narahatam..."
  16 May 2018    Oxunub:1976
"ABŞ səfirliyinin Qüdsə köçürülməsi səbəbindən Qəzzada 61 nəfər fələstinlinin ölümü məni kədərləndirdi. Bu cür ölümlər sadəcə daha çox şiddətə yol açacaq".

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Romada Müqəddəs Petrus meydanında çıxış edən edən Papa Fransisk deyib:
“Müqəddəs torpaqlarda və Yaxın Şərqdə gərginliyin artmasından və bizi sülhdən getdikcə uzaqlaşdıran şiddətin çoxalmasından olduqca narahatam. Qəzzadakı hadisələrdə əzab çəkən hər kəsə dua və sevgi ilə yanaşıram, ölümlərdən dərin kədər hissi duyuram” – deyə Papa Fransisik vurğulayıb.

Regionda artan gərginliklə əlaqədar dialoq, ədalət və sülh çağırışı edən Roma Papası onu da qeyd edib ki, şiddət heç zaman sülh gətirməz. Müharibə müharibəni, şiddət isə şiddəti doğurur.

Xatırladaq ki, mayın 14-də ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən 10 mindən çox fələstinlinin Qəzza zonasındakı aksiyasını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib. Nəticədə 61 fələstinli ölüb, 3 minə yaxını yaralanıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Roma   Qəzza  





Xəbər lenti