YAP İlham Əliyevin qələbəsini qeyd edir

YAP İlham Əliyevin qələbəsini qeyd edir
  10 Oktyabr 2013    Oxunub:1044
Azərbaycanın hakim partiyası İlham Əliyevin prezident seçkisində qələbəsini qeyd edir
Bu gün Azərbaycan xalqı qələbə qazandı, AzVsison.az Trend-ə istinadən xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, hazırki dövlət başçısı İlham Əliyevin seçkilərdə qələbə qazanması münasibətilə YAP-ın mənzil qərargahı qarşısında keçirilən konsert proqramında çıxışı zamanı partiyanın Sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov deyib ki, Azərbaycan xalq gələcəyinə səs verərək İlham Əliyev qalib etdilər: "Bununla da Azərbaycan xalqı növbəti inkişaf yolunu seçdi".
Hazırda Azərbaycanın tanınmış müğənnilərin iştirakı ilə konsert davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda keçirilən prezident seçkilərində "exit-poll" keçirən şirkətlərin hamısının verdiyi açıqlamalarda İlham Əliyev böyük səs üstünlüyü ilə qalib gəldiyini bildiriblər.


Teqlər:  





Xəbər lenti