Rusiyadan Poroşenkoya cavab gəldi
“Mənə elə gəlir ki, öz yanaşmalari lə Poroşenko hadisələri qabaqlamaq istəyir. Hər şeydən əvvəl, o, Donetsk və Luqansk əhalisindən bu barədə nə fikirləşdiklərini soruşmalı və 2015-ci ilin fevralındakı Minsk razılaşmalarının məzmununa diqqətlə baxmalıdır.” – deyə karasin vurğulayıb.
Qeyd edək ki, daha öncə Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Ukrayna üzrə Minsk razılaşmaları və sülhməramlılar məsələsinin də yer alacağı “yol xəritəsi”nin dəqiq tətbiq edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini dəstəkləməli olduğunu bildirmişdi.
Leyla Elbrusqızı
AzVision.az