Rusiya Qərbin sanksiyalarına qarşı hərəkətə keçdi

Rusiya Qərbin sanksiyalarına qarşı hərəkətə keçdi
  14 May 2018    Oxunub:1557
Rusiya Dövlət Dumasına Qərbin tətbiq etdiyi sanksiyalara riayət edən şirkət və şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub.
AzVision.az xəbər verir ki, layihənin müəllifləri arasında Federasiya Şurasının spikeri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Rusiya Kommunist Partiyasının lideri Qennadiy Zyuqanov və Liberal Demokratlar Partiyasının sədri Vladimor Jirinovski var.

Onların təşəbbüskarı olduqları qanun layihəsinə görə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara riayət edənləri 4 ilədək həbs cəzası, yaxud 600 min rubladək cərimə gözləyəcək. Bundan başqa, Rusiyaya qarşı həmin sanksiyaların tətbiqinə vəsilə olanlar da 3 ilədək həbs və 500 min rubladək cərimə olunacaqlar.

Qeyd edək ki, Rusiya hökuməti və Ali Məhkəməsi sözügedən qanun layihəsini dəstəkləyir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Sanksiya   Duma  





Xəbər lenti