Amerikalı müşahidəçi seçkiyə `beş` verdi

Amerikalı müşahidəçi seçkiyə `beş` verdi
  09 Oktyabr 2013    Oxunub:877
ABŞ-ın beynəlxalq müşahidəçisi, hüquqşünas Timoti Maykl Makqivern Azərbaycandakı prezident seçkilərini beş ballıq sistem üzrə beş balla qiymətləndirib.

“Biz yeddi seçki məntəqəsində olduq. Səsvermə prosesi normal gedir. İnsanlar böyük ruh yüksəkliyi ilə səs verirlər. Biz 92 yaşlı seçici ilə rastlaşdıq. O, beş il əvvəl də həmin seçki məntəqəsində səs verdiyini və beş ildən sonra da səs vermək niyyətində olduğunu söyləyib” - Makqivern vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti