Saxtakar elə bağırdı ki... – SÜBUTLAR

Saxtakar elə bağırdı ki... – SÜBUTLAR
  09 Oktyabr 2013    Oxunub:2420
Azvision.az saytı radikalların yaydığı guya `saxtakarlıq` videolarının özlərinin əslində saxtakarlıq olduğunu üzə çıxarandan sonra bu yalanın ikinci, daha arsız mərhələsi başlayıb.

İndi də radikallar iddia edirlər ki, guya, videoların yüklənmə vaxtı kimi dünənki günün göstərilməsi ABŞ ilə Azərbaycan arasındakı saat fərqindən irəli gəlir. Və ona görə də, bu gün yüklənən videonu “youtube” portalı dünən yüklənmiş kimi göstərir. Bu yalanı təsdiqlmək üçün hətta redaktə olunmuş şəkil – “screen” də təqdim ediblər.

Başlayaq oradan ki, biz işimizlə bağlı `youtube` kanalımıza xeyli videolar yükləyirik və ən azı buradan bilirik ki, “youtube” portalı videonun yüklənmə vaxtını istifadəçinin yerləşdiyi saat qurşağına əsasən göstərir, Amerika vaxtına əsasən yox. Məsələn, bizim oktyabrın 6-cı axşamüstü yüklədiyimiz video elə həmin vaxtda da göstərilir. BAKI VAXTI İLƏ!!!



İkincisi, youtube videoportalı bir serverdə yerləşmir axı! Hazırda Google şirkəti 450.000 serverdən istifadə edir ki, onlar da 25 ölkədə yerləşirlər. Haradan bilirsiniz ki, həmin video məhz hansı ölkədəki servərə yüklənib?

Üçüncüsü, lap tutaq ki, videonun yüklənmə vaxtı doğrudan da 8 saat fərqlə göstərilir. Bir də sizə güzəşt edək, tutaq ki, o video oktyabrın 8-i lap sutka qurtarana yaxın yüklənib, 24:00-a bir neçə dəqiqə qalmış. Bu vaxt Bakıda saat 9:00 olub. Yəni seçki məntəqəsi lap təzəcə açılıb.

Təsəvvür edin: seçki məntəqəsi təzə açılan kimi, heç `bismillah` edilməmiş, məntəqənin adamla dolu olduğu bir vaxtda qutuya bülletenlər atılmağa başlayır, bir neçə dəqiqə ərzində kimsə bunu videoya çəkir, təcili olaraq youtube-a yükləyr...
Və ən əsası: səhər saat 9 raddələrində QUTU AĞZINA QƏDƏR BÜLLETENLƏRLƏ DOLUDUR!!!

OLA BİLƏRMİ BELƏ BİR ŞEY?




Bu, heç bir halda mümkün deyil.
Daha bir sübut: videonun `media info` bölməsində yerləşən məlumat da onun ayın 8-də çəkildiyini təsdiqləyir:



Bir də deyirik: həmin videonun yayılması saxta kompromatdan başqa bir şey deyil. Amma radikalların bu saxtakarlığı ifşa olundu. Barı utanın və yalanınıza `doğru` deyib qışqırmayın!

Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti