ATƏT PA: `Almaniya və Azərbaycanın seçki prosesləri oxşardır`

ATƏT PA: `Almaniya və Azərbaycanın seçki prosesləri oxşardır`
  09 Oktyabr 2013    Oxunub:1017
Azərbaycanda seçki prosesi Almaniyadakı seçki prosesinə çox bənzəyir.

Bunu ATƏT Parlament Assambleyasının (PA) nümayəndə heyətinin rəhbəri, Almaniya Bundestaqının üzvü Doris Barnet deyib.

Onun sözlərinə görə, yeganə fərq ondan ibarətdir ki, Azərbaycandan fərqli olaraq Almaniyada seçicilərin barmaqlarına silinməyən mürəkkəb vurmurlar:

"Biz seçkilərin təşkili prosesindən çox razıyıq. Seçicilər səsvermədə fəal iştirak edirlər və biz çox şadıq ki, insanlar səsvermə hüquqlarından istifadə edirlər".

AzVision.az


Teqlər:  





Xəbər lenti