Rusiya Ermənistanın məhsullarından imtina edir

Rusiya Ermənistanın məhsullarından imtina edir
  10 May 2018    Oxunub:1816
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan pomidor və xiyar məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, karantin altında olan və Ermənistan üçün qeydiyyata alınmayan karantin orqanizmlərinin olduğu məhsulların göndərilməsinin davam edəcəyi təqdirdə “Rosselxoznadzor” məhsullara müvəqqəti məhdudiyyət tətbiq etmək məcburiyyətində qalacaq.

AzVision.az


Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti