Rusiya MSK-nın sədri: `Azərbaycanda səsvermə prosesi normal şəraitdə keçir`

Rusiya MSK-nın sədri: `Azərbaycanda səsvermə prosesi normal şəraitdə keçir`
  09 Oktyabr 2013    Oxunub:866
Azərbaycanda prezident seçkiləri prosesi normal şəraitdə keçir.
AzVision.az xəbər verir ki, bu sözləri Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov çərşənbə günü MSK sədri Məzahir Pənahovla görüşdə bildirib.

MSK sədri bildirib ki, seçki prosesində heç bir qanun pozuntusunu müşahidə etməyiblər. Rusiya MSK-nın sədri qeyd edib ki, hazırda aktivlik yüksək səviyyədədir: "Ümid edirəm ki, bu seçici aktivliyi sonadək davam edəcək və seçkilər uğurla başa catacaq".

Görüşdə Məzahir Pənahov prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü deyib.

Həmçinin görüşdə iki dövlətin Mərkəzi Seçki komissiyaları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.


Teqlər:





Xəbər lenti