“İnsanlar öz fikirlərini sərbəst şəkildə ifadə edirlər”

 “İnsanlar öz fikirlərini sərbəst şəkildə ifadə edirlər”
  09 Oktyabr 2013    Oxunub:814
Azərbaycanda keçirilən prezident seçkilərini izləyən belçikalı beynəlxalq müşahidəçi Davi Kirs seçki prosesində qanun pozuntularının qeydə alınmadığını bildirib.
Onun sözlərinə görə, müşahidələr onu göstərir ki, seçki prosesi olduqca şəffaf keçirilir: “İnsanlar öz fikirlərini, öz seçimlərini sərbəst şəkildə ifadə edirlər. 6 seçki məntəqəsində müşahidə aparmışıq və səsvermə prosesində ciddi nöqsan qeydə almamışıq”.

Digər belçikalı beynəlxalq müşahidəçi Andrey Oberexin sözlərinə görə, seçki məntəqələrində insanların çox olması bəzi hallarda səs-küyə səbəb olur: “Amma ümumilikdə götürdükdə, seçki prosesində ciddi nöqsanlar qeydə alınmayıb”. (apa)


Teqlər:





Xəbər lenti