Avtomobil iki bacını vurdu

Avtomobil iki bacını vurdu
  09 Oktyabr 2013    Oxunub:796
Hadisə Lənkəranda baş verib
AzVision.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 8-də saat 08.00 radələrində Lənkəran şəhərinin ərazisində müəyyən edilməyən avtomaşınla yolu keçən şəhər sakinləri Ülkər Axundova və onun bacısı Minə vurulub. Nəticədə onlar xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2106” markalı avtomaşının sürücüsü, şəhər sakini Təvəkkül İbadzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti