Zakir Həsənov hərbçiləri mükafatlandırıb - FOTOLAR

Zakir Həsənov hərbçiləri mükafatlandırıb - FOTOLAR
  09 May 2018    Oxunub:1961
İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsini izləmək məqsədilə Türkiyə Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 9-da təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, təlimlərdə uğur qazanmış heyəti təbrik edən Müdafiə naziri hərbçilərimizin beynəlxalq tədbirdə göstərdikləri peşəkarlığı yüksək qiymətləndirərək onları mükafatlandırıb.

Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” təlimlərində Azərbaycan Ordusu 100 nəfərdən artıq şəxsi heyətlə təmsil olunur.





AzVision.az



Teqlər: MN   Hərbçi   Zakir-Həsənov  





Xəbər lenti