Zakir Həsənov Türkiyədə hərbi təlimlərə qatılacaq

Zakir Həsənov Türkiyədə hərbi təlimlərə qatılacaq
  08 May 2018    Oxunub:1765
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 9-da İzmir şəhərinə yola düşəcək.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan Ordusunun 100-dən artıq hərbi qulluqçusu iştirak edir.

AzVision.az


Teqlər: MN   Türkiyə  





Xəbər lenti