MSK-ya indiyədək 62 müraciət daxil olub

MSK-ya indiyədək 62 müraciət daxil olub
  09 Oktyabr 2013    Oxunub:833
"Səsvermə başladığı saatdan indiyədək Mərkəzi Seçkilər Komissiyasına (MSK) 62 müraciət daxil olub.”
AzVision.az xəbər verir ki, bunu “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib.

O bildirib ki, müraciətlərin əksəriyyəti Dairə Seçki Komissiyalarında səs vermək üçün məntəqələrin yerinin müəyyənləşməsi və digər hüquqi məsələlərlə bağlı olub. Müraciətlərin 9-u sosial şəbəkə 22-si 115 saylı “qaynar xətt”ə zəng, qalanları isə digər vasitələrlə olub. Amma müraciətlərdə ciddi nöqsanla bağlı şikayət yoxdur.


Teqlər:





Xəbər lenti