Ermənistanda baş nazir seçkilərinin ikinci turu başlayır

Ermənistanda baş nazir seçkilərinin ikinci turu başlayır
  08 May 2018    Oxunub:1069
Bu gün Ermənistanda baş nazir seçkilərinin ikinci turu keçiriləcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 12:00-da parlamentdə yeni baş nazirin seçilməsi prosesinə başlanılacaq. Müxalifət lideri Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir.

O, 8 may tarixini ölkədə qeyri-iş günü elan edib və tərəfdarlarını saat 11:00-da meydana toplaşmağa çağırıb.

Paşinyan 95 faiz baş nazir seçiləcəyinə inanır. Hərəkat liderinin sözlərinə görə, “Daşnaksyutun”, “Yelk”, “Tsarukyan bloku” fraksiyaları və hakim Respublika partiyasını təmsil edən bəzi deputatlar ona səs verəcəklər.

Qeyd edək ki, Ermənistanın yeni baş naziri bu gün seçilməsə, parlament buraxılacaq və növbədənkənar seçki təyin ediləcək.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti