Filippində güclü zəlzələ olub

Filippində güclü zəlzələ olub
  05 May 2018    Oxunub:1112
Filippin sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Pandan şəhərindən 56 kilometr şimal-qərbdə, ocağı isə 18 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində həyatını itirənlər, xəsarət alanlar və sunami təhlükəsi barədə hələlik məlumat verilmir.

AzVision.az


Teqlər: Zəlzələ  





Xəbər lenti